Bu maraqlıdır!

Ulduzlar eyni rəngdə olurlarmı?

Ulduzlara baxanda bizə elə gəlir ki, onların hamısı eyni rəngdədir: ağ-maviyə çalar rəngdə. Ancaq sözsüz ki, onların temperaturundan asılı olaraq rəngləri də müxtəlifdir. Daha isti ulduzlar ağ və mavi, orta temperaturda olanlar sarı və narıncı, nisbətən az istilik verənlər isə qırmızı rəngdə olur. Günəş orta temperaturlu ulduzlara aiddir, ona görə də sarı rəngdədir.


O özünün fəallığının sonuncu dövrünə girib sönməyə gedən zaman qırmızı ulduza çevriləcək və sonra isə sönəcək.