Şeirlər

Sevinc Nuruqızı. Ay, sağsağan

- Ay sağsağan, hardaydın?

-Kənddəydim.

Mən bir yaman dərddəydim.

Səhər tezdən ocaq çatdım,

Ocağıma odun atdım.

Sonra qaçıb inək sağdım.

Tez bir qazan süd qaynatdım. 

Düyü tökdüm, yağ qaldı.

Düyü bişib yumşaldı.

Pay çəkdim qocaya,

Yaşlıya, cavana.

Bir yerə boylandım

Bir də ki, tavana.

Baxdım boş çömçəyə

Ondan da boş qazana.

Yadıma düşdü ki,

Salmadım duz ona.

Ay aman, salmadım duz ona...