Bu maraqlıdır!

Ərzaqları necə saxlamalı

Qida üçün biz, əsasən, təbii ərzaq məhsullarından istifadə edirik. Onların bir çoxu tez xarab olur, ona görə ki, bakteriyalar, işıq və hava onları məhv edir. 


Hal-hazırda ərzaq məhsullarının xarab olmaması üçün onların böyük hissəsi vakuum qablaşdırma edilir, yəni qablaşdırmadan hava çıxarılır. Bəzi ərzaq məhsulları isə plastik qablarda və ya paketlərdə qorunub saxlanılır. Ət, balıq, meyvə kimi təzə ərzaq məhsulları bir-iki gün ərzində istifadə edilməlidir. 


Ərzaq məhsullarının qurudulma və ya duza qoyulma kimi başqa növləri də var. Ərzaq məhsullarını qurutmaq üçün bir neçə həftə günəş altında və ya quru bir otaqda saxlayırlar. Bu zaman onların tərkibindəki su buxarlanır və həmin ərzaq məhsulları uzun müddət xarab olmur. Duzaqoyma duzun ərazağın tərkibindəki bakteriyaların artmasının qarşısını almasına əsaslanır. Soyuducular təzə ərzaq məhsullarını bir neçə gün qorumağa imkan verir. Son zamanlar dondurulmuş ərzaq məhsullarından daha çox istifadə edilir, çünki onlar bir neçə ay qorunub saxlana bilər. 


Marmelad və konfitür hazırlanması kimi konservləşdirmə üsulu da çox gözəl üsuldur.