Bu maraqlıdır!

Suyun halının dəyişməsi

Suyu bir qaba tök və onu qapaqsız halda dondurucuya qoy. Bir neçə saatdan sonra su buz parçasına çevriləcək. 


Qabı dondurucudan çıxart və bayıra qoy. Bir müddətdən sonra o, əvvəlki maye halına qayıdacaq. Sonra suyu uyğun bir qaba töküb ocağın üstünə qoy. Bir müddətdən sonra su qaynamağa və buxarlanmağa başlayacaq. Deməli, qısa vaxt ərzində sən suyun dəyişərək üç hala keçməsinin şahidi ola bilərsən: maye, bərk və qaz. Suyun maye halından bərk hala keçməsi bərkimə, bərk haldan maye hala keçməsi ərimə, maye haldan qaz halına keçməsi isə buxarlanma adlanır.