Bu maraqlıdır!

Buxarqızdırıcı sistemli evdə istilik necə paylaşdırılır?

Bir çox evlərdə suqızdırıcı qazan, temperaturu nizamlayan termostat və müxtəlif qızdırıcı radiatordan ibarət mərkəzləşdirilmiş qızdırıcı sistem vardır. İstiliyin evdəki bütün otaq və yerlərə bölünməsi aşağıdakı qaydada gedir:
 
1. Qazan sistemdəki suyu lazım olan temperatura qədər qızdırır: 70, 80, 90 və hətta 100 C-yə qədər.
 
2. İsti su nasosun köməkliyi ilə borulara daxil olub onun vasitəsilə yaşayış sahələrində quraşdırılmış radiatorlara çatır. 
 
3. Radiatorun istisi otaqdakı havanı qızdırır.
 
4. Qazan qızdırılması saxlanıldıqdan sonra radiatorda olan su tədricən soyuyur.
 
5. Sistemin içərisində dövr edən su soyuyur. Radiatorun bölmələrinin sonunda o soyuq olur və radiatorun aşağısında olan borudan çıxır, sonra isə qazana qayıdır, yenidən qızır və yeni dövriyyəni başlayır.