Bu maraqlıdır!

Günəş enerjisini qoruyub saxlamaq olarmı?

Günəşdən bizə gələn işıq və isti həyatımızı rahat və xoş edir, ancaq istilik daimi deyil və sutkanın hansısa hissəsindən, ilin fəslindən və coğrafi mövqeyindən asılıdır. Belə ki, Yerin ekvatorundan hər gün isti olduğu halda, qütblərdə həmişə soyuqdur. Hər bir vaxt istini əldə etmək üçün günəş enerjisini dəyişmək lazımdır. Məsələn, qızınmaq və evin ehtiyaclarını ödəmək məqsədilə 70 C-dən aşağı isti su almaq üçün istini uda bilən, şüşə ilə örtülmüş vərəq və lövhələrdən ibarət sadə qurğulardan istifadə edilir. Günəşə istiqamətlənmiş bu lövhələr yaxşı qızır və onların istisi içərilərində dövr edən su axınına ötürülür. İsti su lazım olanda istifadə edilmək üçün izolyasiya olunmuş çənlərə yığılır. Əgər daha yüksək temperatur tələb olunursa, onda günəş enerjisini bir nöqtəyə istiqamətləndirən güzgü qurğudan istifadə edilir. O, temperaturu 4000 C-yə qədər qaldıra bilir. Bu sistemdən sənayedə istifadə edilir.