Bu maraqlıdır!

Elektrik enerjisi hansı yolu keçir?

Elektrik stansiyalarında istehsal olunan elektrik enerjisi yoğun kabellərlə elektrik şəbəkəsinə verilir. Elektrik cərəyanı 10000 volt gərginliklə generatordan çıxaraq gərginliyi 75000 volta qədər qaldıran transformatora ötürülür. Sonra isə bizim şəhər kənarında gördüyümüz dirək və qüllələr ilə gedən elektrik xətləri elektrik enerjisinə fabriklərə, evlərə, məktəblərə, parklara və s. yerlərə çatdırır.


Ancaq verilən elektrik enerjisi şəhərlərə girməmişdən əvvəl onun gərginliyini azaltmaq üçün yenidən transformator yarımstansiyalarına verilir. Gərginliyin son azaltma yeri tələbata uyğun olaraq istifadə yerində aparılır. Evlərdə istifadə edilə elektrik cərəyanı 300 volt, çox da böyük olmayan fabriklərdə isə 10000 volt və ya 12000 volt gərginlikdə istifadə olunur.