Bu maraqlıdır!

Qabarma və çəkilmənin enerjisindən necə istifadə etmək olar?

Dəniz enerji mənbəyidir, ancaq onun enerjisini əldə etmək çox çətindir. Bəzi qədim istehsalatlarda kiçik sahədə dənizin qabarmasının və çəkilməsinin enerjisindən istifadə edirdilər. 


Hazırda bu enerjidən elektrik enerjisi almaq üçün istifadə edirlər, ancaq bu o qədər də effektli deyil. 


Qabarma və çəkilmədən istifadə etmək üçün çayın mənsəbində bənd tikilərək süni göl yaradılır. Dənizdə qabarma baş verən zaman göl dolur və çəkilmə zamanı boşalır. Gölə gələn və gedən su axınından elektrik enerjisi istehsal edən generatorun mexanizmini hərəkətə gətirmək üçün istifadə edirlər.