Tapmacalar

Tapmacalar

A Yel baba, dur, gedək,
Madyanını sür gedək,
Bir qapının qıfılın
Min qapıya vur, gedək.

Orucluq



A Yel baba, Yel baba,
Əynində məxmər əba.
Ağzın açıb-yumanda,
Od püskürər obada.

Körük



A kişi-kişi,
Dəmirdən dişi,
Yeyər buğdanı,
Qalar samanı.

Çin


A lalələr, lalələr,
Gümüşdən piyaləlor,
Göboyindən dən yeyər
Bel üstündən balalar.

Rəndə

 


Ağ yumaq, qırmızı yumaq,
Nə vaxt gəldi bizə qonaq?

Xonça

 

 

Ağac başında boxça,
Nə boxçadır, nə taxça.

Yuva


Ağca qoyundan,
Qara süd sağdım

 Doşab