Bu maraqlıdır!

Niyə yağış yağır?

Nəfəs aldığımız hava heç vaxt quru olmur, onun tərkibində həmişə dəniz və çaylardan buxarlanmış, həmçinin heyvan və bitkilərin nəfəs alması nəticəsində əmələ gəlmiş su buxarları vardır. 


Əgər hava da buxar kimi istidirsə, o, atmosferin daha yüksək qatlarına qalxır. İsti hava və buxar yuxarı qalxan zaman soyuq hava kütləsi ilə qarşılaşır. Belə halda su buxarı birləşir və insan gözü ilə görünə bilməyən kiçik su damcıları şəklində kondensanta çevrilir. Su damcıları böyüdükdə buludlar yaranır. 


Göllər, çaylar, dənizlər və okeanlarda böyük miqdarda su var. Hava isti olduqda su buxara çevrilir, yəni buxarlanır. Buxar havaya qalxır. Toz və başqa hissəciklərlə birləşərək bulud yaradır. Temperatur aşağı düşüb hava soyuduqda buludları əmələ gətirən milyonlarla hissəciklər birləşir və su damcıları əmələ gətirir. Buxardan ağır olan su damcıları yağış əmələ gətirərək yerə düşür.