Şeirlər

Tufan nə vaxt yaranır?

Tufan atmosferin nəmişliyinin və temperaturunun güclü dəyişməsi zamanı yaranır. 


Çox rütubətli isti hava böyük sürətlə qalxır, soyuq zonadan keçərkən su damcıları əmələ gəlir, müəyyən ölçülərə qədər böyüdükdə sonra düşən damcılar havanın müqaviməti ilə qarşılaşır. Qalxan quru hava da, düşən su damcısı da böyük sürətlə hərəkət edir. Sürətli qalxma və enmə zamanı su və hava arasında sürtünmə yaranır. Bu sürtünmə nəticəsində böyük miqdarda elektrik enerjisi yaranır və onlar buludlarda boşalır. Bu boşalma ildırımdır. Boşalma su qatlarının arasından keçir, hissəcikləri başqası ilə toqquşduraraq güclü səs, göy gutultusu yaradır.