Şeirlər

Vaqif Nəsib. Mənim dayım

Mənim dayımın

Adı əsgərdir.

İndi orduda

Cəsur əsgərdir.

Qoruyur bizi-

Vətənimizi.

 

Ondan hər dəfə

Məktub gələndə

Cavab yazıram

Tez ona mən də:

- Dayıcan, salam!

Böyüyüb gərək

Bir əsgər olam

Mən də sənintək!