Şirinxanım Kərimbəyli. Gəlin, sevək vətəni
Ay uşaqlar, ürəkdən,
Gəlin, sevək Vətəni.
Üstün tutaq çörəkdən-
Yar etməyək yetəni.
Onu sevməyən insan,
Yurduna gərək olmaz.
Yad eldə alsa ad-san,
Elin qəlbində qalmaz.
Vətən halal yerindi,
Qorumasaq yadındı.
Onun eşqi dərindi,
O – özün, övladındı.
Yar edək nidamıza,
O könüldə bitəni.
Can deyək sevdamıza,
Gəlin sevək Vətəni!