Bu maraqlıdır!

Ay Yer kürəsinə təsir edirmi?

Yer kürəsi və Ay qarşılıqlı cazibəyə malikdir. Əgər onların yaxınlığını nəzərə alsaq, cazibə qüvvələri o qədər böyükdür ki, bunu çox asanlıqla hiss etmək olar. Ayın cazibə qüvvəsi dəniz və okeanların səviyyəsini dəyişir, çünki qabarma və çəkilmələrə səbəb olur. Ayın cazibəsi nəticəsində böyük dəniz suyu kütləsi qabarıb qalxır, sonra isə çəkilmə zamanı azalır. Dəniz suyunun belə qalxıb-enməsi eynilə nəfəs almağa bənzəyir: nəfəsalma zamanı hava alınır, nəfəsvermə zamanı isə hava verilir. Su kütləsinin bu cür hərəkəti zamanı yaranmış böyük enerji elektrik enerjisinin alınması üçün istifadə edilir.