Bu maraqlıdır!

Niyə biz maşınlar aləmində yaşayırıq?

Maşınlar bizim gündəlik həyatımızın bir hissəsidir. Maşınlar bizə iş üçün, bir yerdən başqa yerə hərəkət üçün, uzaq məsafədən əlaqə saxlamaq üçün və hətta istirahət zamanı da lazımdır. 


Bizim dövrümüzdə çoxlu sayda müxtəlif tipli maşınlar vardır. Sahələrdə işləmək üçün traktor, kombayn, taxıldöyən və bir çox başqa kənd təsərrüfatı maşınları var. Sənayedə istehsal prosesində nəhəng dəzgahlardan, daşıyıcı lentlərdən, diyircəkli yastıqlardan, avtomatik yığma konveyerinlərdən və s. istifadə edilir. Evdə biz məişət cihazları, şəxsi kompüterlər, müxtəlif alətlərdən istifadə edirik. Alimlər öz tədqiqatlarında mikroskoplar, teleskoplar, radarlar, kosmik aparatlardan istifadə edirlər. Biz istirahət edən zaman televizora baxır, velosipeddə gəzir, musiqi yazılarını dinləyir və başqa işlər görürük. Maşınlar tək bizim həyatımızın bir hissəsi deyil, həm də onlar bizə imkan verir ki, bir çox lazım olan əşyalardan istifadə edək. kitablar, saatlar, eynəklər. paltarlar, lampalar və bir çox başqa əşyalar maşınların köməyi ilə hazırlanır.