Zorla göndərirlər
Qoltuğunda çantası, üzü-gözü ağlamaqdan şişmiş oğlan uşağı yolda qonşusu ilə rastlaşdı. Qonşu oğlanın ağladığını hiss etdi və onun könlünü almaq üçün üz-gözünü oxşadı:
- Oğlum, məktəbə gedirsən?
Oğlan gözlərini silərək dedi:
- Mən getmirəm. Zorla göndərirlər.
21.05.2022