Şeirlər

Mələk Cəbrayılzadə. Son zəng

Sənin isti qucağın ana qayğılı,
Nəfəsin mehriban, əzizdir bizə.
Verdiyin biliklə ucalardayıq,
Gərək yox tərifə, gərək yox sözə.

 


Bizə məbəd oldun, çox müqəddəssən,
Şagirdlər adını şərəfləndirdi.
Biz elmi öyrəndik müəllimlərdən,
Onlar savad verdi, bilikləndirdi.

 

Nə desəm az olar şəninə, inan,
Məktəb yoldaşlarım dost olub mənə.
Həyatın ən əziz, şirin çağları,
Sözbəsöz yazılıb tale səhifəmə.

 

Bu gün sağollaşır onbirincilər,
Uğurlar diləyək həyatlarında.
Elm qapıları daim açılsın,
Günəştək parlasın sabahlarında.

 

Gülə, çiçəklərə bəzənib məktəb,
Nə gözəl yaraşır bər-bəzək sənə.
Şadlıqdan, gülüşdən çələng düzülüb,
Xoşbəxtlik çevrilib təbəssümünə.