Bu maraqlıdır!

Səhralarda niyə yağış olmur?

Səhralar yer kürəsinin quru və məhsul verməyən əraziləridir, orada, demək olar ki, bitki yoxdur. Əksəriyyət səhralarda praktiki olaraq yağış yağmır və ya çox az olur. Bəzi səhralarda qısa müddət ərzində lazımı qədər yağıntı olur, ancaq havanın isti olması səbəbindən su torpağa hopmamış buxarlanır. Praktiki olaraq nə çaylar, nə də göllər olamdığından buludların yaranması üçün su buxarı çox azdır, ona görə də, demək olar ki, yağıntı olmur. Əksəriyyət səhralarda havanın temperature gündüz çox yüksək, gecələr isə çox aşağıdır. 


Dünyada çox böyük səhralar Afrikada Böyük Səhra, Asiyada Ərəbistan və Qobi səhraları və ya Avstraliyada Böyük Səhra və kiçik səhralar Çilidə Atakama, Meksikada Sonora və ABŞ-da Arizona var. Onlar dağ silsilələri ilə əhatə olunaraq dənizdən ayrılıblar, dənizin üzərində əmələ gələn və rütubəti özü ilə aparan isti külək səhraya tərəf əsən zaman dağlar ilə toqquşur, soyuyur, yağış və ya qar şəklində yerə düşür, səhraya isə soyuq quru külək çatır, ona görə özü ilə yağış gətirmir.