Bu maraqlıdır!

Lazım olan yeri xəritədə necə dəqiq təyin etməli?

Yer səthi çox böyükdür. Məsafələr onun üzərində bir çox kilometrlər təşkil edə bilər. Ona görə də yerin relyefindən hesabat nöqtəsi kimi istifadə edilməsindən başqa, coğrafiyaşünaslar və kartoqraflar Yer səthindəki istənilən nöqtənin yerini dəqiq təyin edən xəyali xətlər sistemini kəşf etdilər. Bunlar meridianlar və paralellərdir.

 

Meridian və paralel adlanan xəyali xətlərin hər ikisi dairəvi xətt olmasına baxmayaraq bir-birindən fərqlidir. Bütün meridianlar Yer kürəsinin qütblərində birləşir, paralellər isə Yer kürəsinin ekvator xəttinə parallel olan dairəvi xətdir. Meridianlar və paralellər bir-biri ilə kəsişərək yer səthində xəyali tor yaradır.