Bu maraqlıdır!

Dağ silsilələri necə yaranıb?

Əksəriyyət dağ silsilələri iki platformanın, yəni Yer kürəsinin iki böyük hissəsinin toqquşmasından yaranıb. Platforma öz hərəkəti zamanı başqasına yaxınlaşa və onunla toqquşa bilər. Toqquşma zamanı o qədər böyük enerji var ki, platformaların birinin və ya hər ikisinin kənarları qatlana və qalxa bilər. Cənubi Amerikada And, ABŞ-da sərt qayalı dağlar, Asiyada Himalay və Avropada alp dağ silsiləsi iki platformanın toqquşması nəticəsində yaranmışdır. Başqa dağlar vulkan nəticəsində yaranmış materialların üst-üstə yığılması nəticəsində yaranmışdır.