Şeirlər

Şirinxanım Kərimbəyli. Öz yurduna gərək olaq

Ay uşaqlar, Vətən əziz,
Ona vuran ürək olaq.
Bir sevdadır – eşqi dəniz,
Öz yurduna gərək olaq.

 

Onunla gur çırağımız,
Odur könül varağımız,
Bu dünyada sorağımız,
Gəlin ona dirək olaq.

 

Cahan içrə bir cahandır,
Damarlardan axan qandır,
Ocağın aç, odun yandır,
O bədəndə duran candır.
Qorumağa zirək olaq.

 

Vətən ana, Vətən bacı,
Dərdimizin hər əlacı,
O millətin başda tacı,
Ona ürək-dirək olaq.