Bu maraqlıdır!

Bürclərə əsasən səmti necə təyin etmək olar?

Dünyanın hər yerində uldzuların köməkliyi ilə səmti təyin etmək olar. Əgər biz cənub yarımkürəsində durmuşuqsa, yolun səmtini Cənub Xaçına əsasən tapa bilərik. Onun adından da göründüyü kimi, bu bürc xaç şəklindədir və həmişə və həmişə cənubu göstərir, yəni biz üzümüzü ona tərəf tutsaq cənuba baxarıq. Deməli, bizdən sağda qərb, sol tərəfdə şərq, arxa tərəfimizdə isə şimal yerləşir. 


Şimal yarımkürəsində Böyük Ayı bürcündəki ulduzlardan biri olan Qütb ulduzuna əsasən istiqaməti tapmaq olar. O çox parlaqdır və həmişə şimalı göstərir. Əgər biz üzü ona tərəf dururuqsa, onda bizdən sağda şərq, sol tərəfdə qərb, arxa tərəfimizdə isə cənub yerləşir. Dənizçilər, tədqiqatçılar və səyyahlar ulduzlardan gecə səyahət edən zaman səmti təyin etmək üçün istifadə edirlər.