Bu maraqlıdır!

Bütün qalaktikalar eynidirmi?

Qalaktikalar öz forma və ölçülərinə, həmçinin kainatda yerləşmələrinə görə müxtəlif olur. Onlar ellipsşəkilli, spiralşəkilli və hər hansı düzgün olmayan formaya malik ola bilər. Ölçülərinə görə qalaktikaları nəhəng, orta və kiçik adlanan siniflərə bölürlər. 


Qalaktikalar qruplar təşkil edir, ancaq onların arasında milyardlarla kilometr məsafə var.


Qalaktikanı yaradan ulduzlar bir mərkəz və ya ümumi nüvə ətrafında fırlanır.