Bu maraqlıdır!

“Böyük partlayış” nədir?

Ulduzları öyrənən belçika alimi Jorj Lametr belə bir fərziyyə irəli sürür ki, 15 milyard il bundan əvvəl Kainat kiçik və çox sıx halda olub. Kainatın bu vəziyyətini o, “kosmik yumurta” adlandırırdı. 


Hansısa bir anda “kosmik yumurta”da böyük partlayış baş vermis, onun tərkibində olan materiya dağılmış və böyük sürətlə hər tərəfə yayılmışdır. 


Müasir qalaktika partlamış bu böyük “yumurta”nın hissələridir. Qalaktikanın ulduzları da öz növbəsində bu müasir halına düşənə qədər dəyişmişdir. 


Adətən, bu hadisəyə ingilis dilində “böyük partlayış” mənasını verən Big Bang adını veriblər. Kainatın yaranması haqqında başqa fərziyyələr də mövcuddur.