Bəhlul və məmurlar
Günlərin birində Harun-Ər-Rəşidin məmurları Bəhlulu tutub xəlifənin yanına gətirirlər ki, bəs bu adam şəhərdə şaiyə yayır ki, guya sən ölübsən. Xəlifə bərk qəzəblənib Bəhluldan soruşur:
- Sən nəyə görə bələ şaiyə yayırsan?
Bəhlul deyir:
- Sən məmurların xalqa yaman divan tuturlar, onların bu zülmünə baxıb belə qərara gəldim ki, yəqin xəlifə ölüb, ona görə də bunlar belə ağzınlaşıb hədlərini aşıblar.
30.05.2022