Xəbərlər

Uşaqlara həsr olunmuş “Şən notlar” adlı konsert təşkil olunacaq

Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin 28 nömrəli uşaq musiqi məktəbində 1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunmuş “Şən notlar” adlı konsert təşkil olunacaq.

 

İdarədən AZƏRTAC-a bildirilib ki, iyunun 1-də keçiriləcək sinif konsertində müəllim Samirə Həsənli şagirdləri ilə birlikdə tamaşaçıları “Şən notlar”ın sehrli aləmi ilə tanış edəcək.