Xəbərlər

Milli Kitabxana “Uşaqların Beynəlxalq Müdafiəsi Günü” münasibətilə virtual sərgi açıb

M.F.Axundzadə adına Azərbaycan Milli Kitabxanası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə “1 İyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü” adlı virtual sərgi açılıb.

 

Kitabxanadan AZƏRTAC-a bildirilib ki, virtual sərgidə fotolar, mövzu ilə əlaqəli kitab və məqalələr nümayiş olunur.

 

Virtual sərgi ilə tanış olmaq istəyənlər bu linkdən istifadə edə bilərlər.