Xəbərlər

Robert Zemekisin "Pinokkio" filminin remeykinin treyleri yayımlanıb

Disney studiyası tərəfindən təqdim olunan taxta oğlan Pinokkio haqqında klassik hekayənin remeyki üçün treyler yayımlanıb.

 

Layihənin rejissoru “Gələcəyə qayıt” trilogiyasının müəllifi Robert Zemekisdir. Filmdə usta Geppetto rolunda Tom Henks çəkilib.

 

Baş qəhrəmanı “Blay malikanəsinin kabusları” filminin ulduzu Bencamin Evan Eynsvort canlandırıb.

 

Qeyd edək ki, film sentyabrın 8-də Disney Plus onlayn kinoteatrında nümayiş olunacaq.