Bu maraqlıdır!

Nə vaxtdan deyirlər ki, Yer mavi planetdir?

Kosmik fəzada uçan kosmonavtlar deyirlər ki, kosmik gəmidən Yer kürəsinə baxanda çox gözəl mavi rəngdə görünür. Bu rəng Yer kürəsinin səthinin və atmosferinin xüsusiyyətlərinə görədir. Yer kürəsi yeganə planetdir ki, suya, oksigenə, azota və həmçinin Günəş və başqa ulduzların göndərdiyi ultrabənövşəyi şüalar üçün filtri əvəz edən nazik ozon qatına malikdir.