Bu maraqlıdır!

Altmışlıq Babilistan sistemi

Əlifba nömrələnməsində ədədlərin yazılışı heroqlif nömrələnməsindən daha yığcamdır. Lakin bu sistemlərin hər birində olduqca ciddi bir çatışmazlıq var: belə ədədlər üzərində hesab əməlləri aparmaq olduqca böyük zəhmət tələb edir. Mövqeli sistemdə bu cür çatışmazlıq yoxdur. Ədədin yazılışında tutduğu mövqeyə görə rəqəmlərə müxtəlif kəmiyyətlərin aid edilməsi ideyası b.e.ə. III minillikdə Mesopotamiyada (Çayarası) qədim, istedadlı şumer xalqı tərəfindən verilmişdir. Bu ideyalar sonradan Çayarasının yeni sakinlərinə - babillilərə keçmişdir, ona görə tarixə Babil hesablama sistemi kimi daxil olmuşdur. Bizə qədim babillilərin yüz minə qədər yandırılmış saxsı lövhəciklər üzərində yazıları gəlib çatmışdır. Onların sistemində əsas rəqəmlər iki işarənin köməyi ilə yazılırdı: 1-i işarə etmək üçün şaquli paz Y, 10-u yazmaq üçün üfüqi paz <, 1-dən 59-a qədər bütün ədədləri isə adi heroqliflərdə olduğu kimi, bu iki işarənin köməyi ilə yazırdılar:


60 ədədi yenidən 1 işarəsi ilə, yəni Y kimi işarə olunurdu. Bu qayda ilə 60 ədədinin qalan bütün qüvvətləri yazılırdı: 3 600 = 602, 216 000 = 603 və s. 


Lakin bu sistemdə sıfır olmadığından bu yazı sistemi birqiymətli deyildir. Yanaşma tərzindən asılı olaraq eyni bir yazılış ilə 72 və ya 4320 = 1 • 602 + + 12-60’ və ya l’/5 = 1 -60° + 12-60-’ və s. ədədləri göstərilə bilər. Dirçəliş dövrünə qədər altmışlıq sistemi astronomik hesablamalarda geniş istifadə olunurdu. II əsrdə yunan 1234567890 Bu rəqəmlərin adi rəqəmlərdən üstünlüyü nədədir? Fərq ondadır ki, cüt ədədlərin "quyruqcuqları" yuxarı, tək ədədlərinki isə aşağı yönəliblər. Belə yazılışda ədədləri, məsələn, 2 ilə 5-i qarışıq salmaq çətindir. Doğrudur, yeni daxil edilmiş bu yazılış geniş yayılmadı. Rəqəmlərin aşağıdakı yazılışı isə artıq hamımıza məlumdur. □I234SST89 Bu rəqəmləri mikrokalkulyatorlarda, elektron qol saatlarında görmək olar. Yeddi düz xətt parçasının köməyi ilə on rəqəmdən hər birini kifayət qədər "aydın şəkildə" təsvir etmək mümkündür. Texnikanın tələbatı ilə bağlı, məsələn, poçt açıqlamalarının arxasında rəqəmlərin daha bir təsvirinə rast gəlmək mümkündür: Ədədlərin bu şəkildə yazılışında artıq doqquz parça iştirak edir. Bu rəqəmlər korrespondensiyanı ayıran elektron maşınlar üçün nəzərdə tutulmuşdur. Açıqlamada indeksin üzərindəki qalın xətlər onu göndərənin yazdığı indeksi maşının dəqiq təyin etməsi üçündür: riyaziyyatçısı və astronomu Klavdi Ptolemey qədimdən bizə gəlib çatan sinuslar cədvəlini tərtib edərkən məhz bu sistemdən istifadə etmişdir.