Bu maraqlıdır!

Cavan və qoca dağlar varmı?

Bütün dağlar eyni zamanda yaranmayıb, bəziləri milyonlarla  il əvvəl, başqaları bir xeyli sonra.

 

Qoca dağlar vaxt keçdikcə küləyin, yağışın və zirvələrini örtmüş buzların təsiri nəticəsində dağılır. Dağlardan axan sular özləri ilə torpağı, daşı yuyub apararaq vadilər və dərələr yaradıblar. Bütün bu proseslər milyonlarla il çəkib. Sonralar yaranmış dağ silsilələri hələ dağılma təsirinə məruz qalmayan cavan dağlardan ibarətdir. Bu dağılma prosesinə eroziya deyilir.