Bu maraqlıdır!

Minerallar bir-birindən necə fərqlənir?

Minerallar öz forma, rəng, parıltı, sıxlıq və möhkəmlik kimi xüsusiyyətləri ilə bir-birindən fərqlənir. Bəziləri ancaq bir elementdən ibarətdir, məsələn, qızıl, gümüş, platin kimi metallar və ya qrafit, almaz kimi qeyri-metallar.

 

Bəziləri isə bir-neçə elementdən ibarətdir, məsələn, xlor və natriumdan ibarət olan adi duz kimi. Kvars kimi parıldayan minerallarla yanaşı, gil kimi heç bir parıltısı olmayan minerallar da var. Elə minerallar var ki, çox möhkəmdir, məsələn, almaz kimi. Elələri də var ki, asanlıqla sınır, məsələn, gips kimi. 

 


Mineralları öyrənən zaman bütün bu xüsusiyyətləri nəzərdən keçirmək lazımdır.