Bu maraqlıdır!

Suda üzən daşlara rast gəlinirmi?

Daşların çoxu sudan çox ağırdır, əgər daşı suya salsaq o batar.


Ancaq süngər daşı (pemza) adlanan daşlara rast gəlinir ki, onlar vulkan lavasından əmələ gəlib və çox az çəkisi var, çünki əriyən zaman onlarda hava qovuqcuqları əmələ gəldiyindən içərisində çoxlu boşluq var. Bu daşın parçaları suda üzür.