Bu maraqlıdır!

Hansı çaylarda məşhur şəlalələr var?

Çaylar öz yolunda müəyyən hündürlük fərqi olanda həmin hündürlüyü düşərək qət edir, suyun belə düşməsinə şəlalə deyilir. Əgər bu hündürlük fərqi o qədər böyük deyilsə, buna kaskad deyilir. 


Ən hündür şəlalələr bunlardır: Venesuelanın Çurun çayı üzərindəki Anxel (978 m), Cənubi Afrikada Tuqela (948 m), Yeni Zelandiyada Sazerlend (579 m), ABŞ-ın Kaliforniya ştatında Ribbon (490 m) və Fransada Qavarni ((421 m). 


Kanada ilə ABŞ arasında olan Niaqara 959 m şəlaləsi və Braziliya, Paraqvay və Argentina arasındakı İqusu çayı üzərində olan şəlalə də (70 m) məşhur şəlalələrdəndir.