Bu maraqlıdır!

Kaha nədir?

Kaha-dağlarda təbii yolla yaranmış və ya süni yolla düzəldilmiş deşiklərdir. Bəzi kahalar bir otaqdan ibarət mağaralardır. Bəziləri isə çoxlu yeraltı qalereyadan, böyük mağaralardan, daxili çaylar və göllərdən ibarətdir. Bəzilərinin dərinliyi bir neçə kilometrə çatır. Kahaların ölçülməsi və xüsusiyyətlərinin tədqiqatı ilə məşğul olan mütəxəssislərə speleoloqlar deyilir. Hazırda xeyli tədqiq olunmamış kahalar var.