Bu maraqlıdır!

Yeri təşkil edən materiallar necə yerləşib?

Yer kürəsi müxtəlif materiallardan ibarətdir. Hər bir materialın öz çəkisi, sıxlığı var və müxtəlif qatlar əmələ gətirir. Ən ağır olanları yerin mərkəzində yerləşir və nüvəni yaradır. Nüvə dəmir və nikel kimi metallardan ibarətdir. Nüvənin xarici qatı maye şəklindədir, onun temperaturu 5000 C-yə çatır. Nüvənin ətrafında mantiya adlanan qalın qat vardır. Mantiya 2900 km qalınlığa malikdir, möhkəm və sıx materiallardan ibarətdir. 


Ən yuxarı qat yer qabığı adlanır. O, 35 km qalınlığa malikdir və yüngül materiallardan ibarətdir. Yer qabığının tərkibi silisium və alüminiumdan, həmçinin kalsium, natrium və kaliumdan ibarətdir. 


Mantiya və yer qabığı Yer kürəsinin daşlı hissəsi olan litosferi yaradır.