Bu maraqlıdır!

Yer kürəsi yarandıqdan sonra tam soyuyana qədər nələr baş verib?

Yer kürəsinin soyuması, onda torpaq qatının və atmosferin əmələ gəlməsi üçün milyon illər keçmişdir.


Yerin yaranmasının ilk dövründə onun daxilində böyük miqdarda isti qalmış, ona görə də dəmir və başqa metallar maye şəklində olmuşdur. Bu materiallar mərkəzə doğru enmiş, yüngül materiallar isə üzdə qalmışdır. Onlar tədricən soyuyaraq daşlı səthi əmələ gətirmişdir. Güclü partlayışlar nəticəsində yerin daxilində qazlar bayıra çıxmışdır. Bu qazların biri də su buxarı olmuşdur. Su buxarı soyuduqda çayların, dənizlərin və okeanların suları əmələ gəlmişdir.