Bu maraqlıdır!

Vakuum qablaşdırılması nədir?

Ərzaq məhsullarının saxlanılması üsullarından biri də onların bankalarda, paketlərdə və başqa hermetik, hava keçirməyən bağlı qablarda saxlanmasıdır. əgər ərzaq məhsulunu sadəcə qablaşdırsaq, onların arasında ərzaqların dağılmasına və xarab olmasına səbəb ola bilən hava qala bilər. Ona görə də ərzaq qablaşdırılmış qabın içərisindən havanı çıxarmaq lazımdır və onun belə çıxarılması ilə qablaşdırılması vakuum qablaşdırılması adlanır.


Qablaşdırmanın daha bir növü var ki, əsasən, şirələrin və süd məhsullarının saxlanılması üçün istifadə edilir və “tetra-brik” adlanır. Bu qablaşdırma zamanı içəridən hava çıxarılmaqdan başqa, qabın içəri divarı işıq keçirməməsindən ötəri nazik alüminium qatı ilə örtülüb; axı işıq da hava kimi parçalanma prosesini sürətləndirə və ərzağın xarab olmasına səbəb ola bilər.