Bu maraqlıdır!

Sadə mexanizmlər nədir?

Sadə mexanizmlər ona tətbiq olunan qüvvənin istiqamətini və ölçüsünü dəyişmə qabiliyyətinə malik mexanizmlərdir. əsas sadə mexanizmlərə qol, blok, dolamaçarx və maili səthi aid etmək olar. 


Qol-dayaq nöqtəsi adlanan nöqtəyə nisbətən hərəkət edən möhkəm ensiz hamar lövhə və ya lingdir. Bu lingə iki qüvvə təsir edir-tətbiq etdiyimiz qüvvə və müqavimət qüvvəsi. Blok ox ətrafında bərkidilmiş və onun ətrafında fırlanan təkərdir. Bu təkərin üzərində kəndir hərəkət edən oyuq var. Blokdan, adətən, yükün qaldırılması üçün istifadə edilir. Dolamaçarx öz oxu ətrafında fırlanan silindrdir. Dolamaçarx fırlanan zaman bir tərəfi ona bərkidilmiş kəndir üzərinə dolanır, kəndirin o biri başından isə yük asılır. Maili səth-bu, Yer səthinə nisbətən bucaq altında olan səthdir. O, ağır əşyaları ağırlıq qüvvəsindən istifadə edilərək maili səth üzərində sürüşdürüb hərəkət etdirmək üçün istifadə edilir.