Bu maraqlıdır!

Soyuq qoruyur

Qədimlərdə bəzi xalqlar, qədim romalılar soyuğun qoruma xüsusiyyətlərini bilirdilər. Ona görə də onlar hətta yayda da buzu əriməyən dağ döşlərindən buz gətirir və onu tez xarab olan məhsulların üzərinə düzürdülər ki, onlar uzun müddət xarab olmadan qalsınlar.


Ərzaq məhsulları soyuqda ona görə daha yaxşı qalır ki, aşağı temperatur ərzağı xarab edən mikroorqanizmlərin çoxalmasının qarşısını alır.