Bu maraqlıdır!

Hansı ərzaq məhsullarını dondurmaq olar?

Belə götürsək, bütün yeyinti məhsullarını dondurmaq olar: həm tərəvəz, ət və ya balıq kimi çiy məhsulları, həm də bişmiş yeməkləri. Ancaq bəzi təzə ərzaqları, məsələn, meyvə və yumurtanı, adətən, dondurmurlar, dondurulduqdan sonra onlar keyfiyyətini itirir və dadını dəyişir. Balıq və ət ilə isə belə hal baş vermir, ona görə də onlar, adətən, dondurulmuş halda saxlanılır. Dondurulmuş ərzaq məhsulları buz kamerasında xarab olmadan 6-12 ay müddətində saxlanıla bilər.