Bu maraqlıdır!

Qapı kilidi necə işləyir?

Qapı kilidi xüsusi alət-açar vasitəsi ilə bizə qapını açmağa və bağlamağa imkan verən mexanizmdir. 


Qıfılın korpusu silindr şəklindədir, onun içərisində patron adlanan və fırlana bilən başqa bir silindr vardır. Korpus və patronun içərisində bir neçə kiçik ümumi şaquli deşiklər var, onların içərisinə yay ilə sıxılmış ştift adlanan iki hissədən ibarət metal mil yerləşdirilib, bu ştiftlər normal vəziyyətdə patronu bağlayaraq fırlanmağa qoymur. Patrona açar taxılan zaman onun dişləri ştiftləri elə bir vəziyyətə qədər qaldırır ki, onların hər birinin iki hissəyə bölünmüş hissələri patron və korpusun sərhədləri ilə üst-üstə düşür. Beləliklə, patronu açarın köməkliyi ilə fırlamaq olar. Patron fırlanaraq qıfılın dilciyini hərəkətə gətirir, qıfılın dilciyi isə qapını açıb-bağlayan bağlayıcı mexanizmi hərəkətə gətirir.