Solo:
Şəfəq sökülərkən xoruzlar banlar,
Sis-dumanlı dərə, bayır, ormanlar.
Sürüsünü yayar dağa çobanlar,
Təbiətin zövqünü onlar anlar.
Nəqərat:
Xor:
Bu yerlərin aslanıdır çobanlar,
Həm izzəti, həm şənidir çobanlar.
Solo:
Gözəl olur bu yerlərin səhəri,
Dağ başından doğar altunsaç pəri.
Çəmənlərin qırmızıdon dilbəri,
Şəfəqilə boyar, bəzər hər yeri
Not yazısı Üzeyir Hacıbəylinindir.
14.06.2022