Şeirlər

Səməd Vurğun. Çiçək

Gözəl çiçək, dalğalanır dağ döşü,
Nədir o tərpəniş, dəryamı yoxsa?
Söylədilər səni könlümün əşi,
Həqiqətmi, o da xülyamı yoxsa?

 

O seyran buludlar, o boylu çinar
Həp sənə gülümsər, sənə çırpınar.
Deyirsən titrədir məni ruzigar,
Bu dərdə mübtəla dünyami yoxsa?

 

Əmərdim hüsnündən min incə duyğu,
Sardımı çöhrəni xəzan soyuğu?
Əlvida, əlvida, daldığım uyğu
İnanmam ölümmü, röyamı yoxsa?