Bu maraqlıdır!

Bəzi çayların suyu niyə quruyur?

Çaylar-su axınıdır. Bəzi çaylar böyük və dərindir, çoxsuludur, özü ilə böyük miqdarda su gətirir, bəziləri isə azsuludur. 


Çayın suyunun bir hissəsi istidən buxara çevrilir və atmosferə qalxır. Əgər çayın hövzəsində itən suyun miqdarı mənbəyindən gələn və yağış zamanı aldığı sudan çoxdursa, onda həmin çayın suyu tədricən azalır və quruyur. 


Çox dərin və çoxsulu çaylar, demək olar ki, heç vaxt qurumur, azsulu çaylar isə çox vaxt yayda quruyur.