Şeirlər

Xanımana Əlibəyli. Neylüfər

Evi – gözəl bir hovuz,

İçi dolu soyuq su,

Atlas yastığı bumbuz,

Necə gəlir yuxusu?

Axşam kölgəsi düşüb,

Görə bilmədim onu.

 

 

Neylüfərim büzüşüb,

Başqa rəng olub donu.

Bürüyüb yaşıl ipək

Yarpağına özünü,

Laylalar çalıb külək,

O da yumub gözünü.