Nigar Rəfibəyli. Günəş doğanda
Səhər günəş doğanda
Aləm nura boyanır,
Şehli qərənfillərin
Üzündə sevinc yanır.
Çiçəklərə, güllərə,
İnci şehlər ələnir.
Sarı saçlı sünbüllər
Dərya tək ləpələnir.
Gündüzləri işıqlı,
Gecələri füsunkar.
Həmişə sevinclidir,
Fərəhlidir ilk bahar.
23.06.2022