Bu maraqlıdır!

Çoxbucaqlını necə ölçürlər?

Çoxbucaqlı müstəvinin bir hissəsidir, yəni onun səthidir. Ona görə də onun ölçülməsi üçün sahə ölçüsündən istifadə edilir. Çoxbucaqlının sahəsi kvadratmetr və onun böyük və kiçik ölçü vahidləri ilə ifadə edilir. 


Ancaq buna baxmayaraq, çoxbucaqlı sınıq xətlər ilə məhdudlaşdığından onu məhdudlaşdıran tərəflərin uzunluğunu da bilmək maraqlı olardı. Çoxbucaqlını əmələ gətirən tərəflərin uzunluğuna perimetr deyilir. Perimetr uzunluq ölçü vahidləri ilə ifadə edilir. Məsələn, əgər əkiləcək kvadrat şəklində olan yeri ölçmək üçün bizə həmin kvadratın sahəsini, onun çəpərini çəkmək üçün nə qədər məftil lazım olduğunu bilmək üçün isə onun perimetrini bilmək lazımdır.