Bu maraqlıdır!

Bütün dördbucaqlılar paraleloqramdırmı?

Dörd tərəfi olan çoxbucaqlıya dördbucaqlı deyilir. Əgər dördbucaqlının qarşı tərəfləri eyni uzunluqdadır və paraleldirsə, ona paraleloqram deyilir və qarşı bucaqları bərabərdir. Paraleloqramın bir neçə növü var: romb (dörd bərabər tərəfi var), kvadrat (dörd tərəfi bərabərdir və bucaqları düz bucaqdır), düzbucaqlı (qarşı tərəfləri bir-birinə bərabərdir və bucaqları düz bucaqdır). 


Bütün paraleloqramlar dördbucaqlıdır, ancaq bütün dördbucaqlılar paraleloqram deyil.