Bu maraqlıdır!

Qədim Romanın coğrafi əsərləri

Bizim eranın əvvəlində Aralıq dənizi romalılar üçün, demək olar ki, “daxili göl” olmuşdu: onun bütün sahilləri onların nəzarəti altında idi. Aralıq dənizi hökmdarlarını ətraf ölkələrə təcili ordu çıxarmaq, onlar arasında əlaqə yaratmaq və ticarət maraqlan onlan ərazinin coğrafi təsvirinə böyük diqqət yetirməyə məcbur edirdi.


Pont Amasiyasından olan Strabon (e.ə. 63-cü ildən bizim eranın 24-cü ili) yeni eranın əvvəlində 17 kitabdan ibarət “Coğrafiya” əsərini yazdı. Strabon adlı-sanlı, varlı ailədə anadan olmuş, gözəl təhsil almış və Roma imperiyasının müxtəlif hissələrinə səyahət etmək imkanı olmuşdu. O, İtaliyada, Kiçik Asiyada, Misirdə, Romanın özündə olmuş, Həbəşistan sərhədlərinə qədər gedib çıxmışdır. O, çoxlu məlumat toplamış və sonralar onlardan özünün iki mühüm əsərində - “Tarixi qeydlər” və “Coğrafıya”da istifadə etmişdir. 


Strabon “Coğrafiya” əsərində o dövr üçün məlum olan bütün ölkələr haqqında məlumat verirdi. O, bu əsərdə təkcə ölkələrin təbiəti və əhalisinin təsvirini deyil, həm də tarixə ekskursiya edir, başqa mənbələrdə olmayan məlumatlar da verirdi. Coğrafiyaçı özünün “həmkarları” olan Eratosfen və Hipparxın əsərləri ilə tanış idi, həmçinin tarixçi Polibinın məlumatlarından öz əsərində istifadə etmişdir. Orta əsrlərdə bir çox qədim yunan və Roma müəlliflərinin əsərləri yaddan çıxmış, onların mətnləri itmişdi, amma onların bəziləri, əksinə, inkar edilməz nüfuz qazanmışdı. Bizim eranın II ərsində İskəndəriyyədən olan yunan Klavdi Ptolemey (90-160-cı illər) o dövr üçün böyük fundamental “Coğrafiya” əsərini yaradır. Bu əsərə uzun əsrlərdən bəri alimlər, filosoflar, dövlət xadimləri və sadəcə olaraq, Dirçəliş dövrünə qədər dəyişilməz həqi qətləri toplayan səhayətçilər istinad etmişlər. Ptolemeyin birinci “Coğrafiya” kitabı nəzəri məsafələrə həsr olunmuşdur ki, burada bütövlükdə Yer kürəsində coğrafi koordinatların təyini və kartoqrafiyanın bəzi əsasları məsələlərinə baxılmışdır. Növbəti kitablar Blajenm (Müqəddəs Kanar adaları) adalarından başlayaraq oykumenlərin təsvirinə, ikinci və üçüncü kitablar Avropaya, dördüncü kitab Afrikaya, beşinci və altıncı kitablar Kiçik Asiyaya, yeddinci kitab Cənubi Asiyaya, axırıncı - səkkizinci kitab isə xəritələrin təsvirinə həsr olunmuşdur. Avropaya gəlincə, Ptolemey Roma torpaqlarının çay şəbəkəsini və Cənubi Avropanın iri ada və yarımadalara parçalanmasının dəqiq təsvirini vermişdi. Britaniyanın, İrlandiyanın və Qalliyanın Atlantik sahili o qədər də dəqiq müəyyən olunmamışdır. Roma imperiyasından uzaqlaşdıqca, çayların və sahilin ümumi şəkli həqiqətdə olduğu görkəmindən daha çox fərqlənir və tədricən fantastik görkəm alırdı. Ptolemey tərəfindən adlandırılmış bir sıra silsilələrdən Karpat dağlarını çox çətinliklə tanımaq olur, Hiperborey dağları çox vaxt Ural dağları ilə eyniləşdirilir. Ptolemeyə görə, bu dağlar qərbdən şərqə doğru qütb dairəsinə qədər uzanır. Həmçinin çox yayğın şəkildə Çin haqqında məlumatlardan məlum olur ki, oradan Avropaya partiyalıların vasitəçiliyi ilə ipək daşınır; bunu romalılar “seririkum”, onu istehsal edənləri isə “ser” adlandırırdılar. Ptolemey hesab edirdi ki, bu xalq məskunlaşmış torpağın çox uzaq şimal-şərqində yerləşir, ora ancaq quru yolla gedib çatmaq olar. Antik dövrü, həqiqətən də, Böyük Coğrafi kəşflərin ilk dövrü adlandırmaq olar. Bilik dairəsinin üfüqləri bu yüzilliklərdə, demək olar ki, sonralar Kolumbun və Magellanın dönəmində olduğu qədər coşqunluqla genişlənirdi. Amma Orta əsrlərdə yunan və romalıların coğrafi kəşfləri əhəmiyyətli dərəcədə unudulmuşdu. Avropalılar idrakın antik yolunu dərk etmişdilər, bacarıq və cəhdlərini müşahidə etdikləri hadisələrdən çıxış edərək, dünyanın quruluşu haqqında nəticəyə gəlməyə sərf edirdilər.